


Overview
E-qaimələrin toplu Excel-ə ixracı və PDF yüklənməsi. Hesab-faktura, akt və qiymət razılaşması hazırlayan mühasibatlıq aləti.
INNOTEX e-Qaimə — e-Taxes (new.e-taxes.gov.az) elektron qaimələrini bir kliklə Excel-ə çevirir, toplu PDF kimi yükləyir, əvəzləşdirilməmiş ƏDV-ni tapır və mühasibat sənədlərini avtomatik hazırlayır. Bir şirkət üçün də, yüzlərlə şirkət üçün də. ƏN ÇOX İSTƏNİLƏN: ƏVƏZLƏŞDİRİLMƏMİŞ ƏDV Hansı gələn qaimələrin hələ heç bir ƏDV bəyannaməsində əvəzləşdirilmədiyini bir kliklə tapın və Excel-ə çıxarın. Əl ilə tutuşdurmağa ehtiyac yoxdur. ✓ Əvəzləşdirilməmiş qaimələr: hələ heç bir bəyannaməyə düşməyən gələn qaimələr (ƏDV-siz və ləğv olunmuşlar sayılmır) ✓ Əvəzləşdirilmiş qaimələr: hansı qaimə hansı ayın bəyannaməsinə düşüb ✓ Gömrük bəyannamələri: ƏDV bəyannaməsinin Əlavə 1 bölməsindəki gömrük bəyannamələrinin siyahısı ✓ Qısa siyahı variantı: qaimənin statusu ilə birlikdə yığcam Excel NƏ EDƏ BİLİRSİNİZ ✓ Gələn və göndərilən e-qaimələri, alış aktlarını toplu PDF kimi yükləyin ✓ Qaimələri 23 sütunlu Excel cədvəlinə çevirin. İstəsəniz cədvəl formatında: rəngli başlıq, çərçivəli xanalar, GTİN və ƏDV bölgüsü (ƏDV-yə cəlb edilən, 0%, azad) sütunları ilə ✓ Fayl adları nə olduğunu deyir: "Gələn qaimələr - Şirkət MMC - 01.11.2026-30.11.2026", "Əvəzləşdirilməmiş ƏDV - ..." və s. Hansı ixracın nə olduğu qovluqda dərhal bilinir ✓ Bəzi qaimələr e-Taxes-in özündən alınmasa, "Uğursuzları yenidən yoxla" ilə onlar həmin Excel faylının içinə öz yerinə düşür. Ayrıca fayl yaranmır ✓ e-Taxes cədvəlində qutusunu işarələdiyiniz qaimələri axtarmadan birbaşa Excel, PDF və ya sənəd kimi hazırlayın ✓ Hesab-faktura, təhvil-təslim aktı, təhvil-qəbul aktı və qiymət razılaşmasını Excel və PDF formatında yüzlərlə qaimə üçün bir dəfəyə hazırlayın. Faylın adında şirkət, sənəd növü və qaimə nömrəsi olur ✓ Möhür və imza sənədin sonu ilə birlikdə yerləşir: mallar çox olanda da cədvələ düşmür ✓ Bir neçə şirkətlə işləyirsinizsə, hər biri üçün ayrıca profil yaradın (imza, möhür, bank hesabları, nömrələmə). Qaimədəki VÖEN-ə görə uyğun profil özü seçilir ✓ Sənəd nömrələrini öz qaydanızla qurun (məs. QR-2026-001), lazım olsa hər şirkət üçün ayrıca ✓ Qarşı tərəflərin imza sahibini və vəzifəsini bir dəfə yazın, aktlarda və qiymət razılaşmalarında özü düşsün. Siyahını Excel-dən yükləyə də bilərsiniz ✓ İstəsəniz, sənədlərdəki məbləğləri qəpiyə qədər yuvarlaqlaşdırın (222.711876 → 222.71) ✓ Şirkəti adı və ya VÖEN-i ilə tapın, yaxud bütün şirkətlərin qaimələrini birlikdə axtarın ✓ Sənədləri avtomatik olaraq şirkət və ya sənəd növü üzrə qovluqlara ayırın ✓ Bank rekvizitləri hesab-fakturaya avtomatik düşür QARALAMA QAİMƏLƏR — EXCEL-DƏN E-TAXES-Ə Hazır Excel şablonunu doldurun, proqram e-Taxes-də qaralama qaimələri özü yaratsın. Heç biri sizsiz imzalanmır və göndərilmir. ✓ Təqdim etmə (satış, avans) ✓ Qaytarma ✓ Agent (AT): satılmamış KT-lərdən agent qaimələri ✓ Faylı səhv bölməyə yükləsəniz, proqram şablonun növünü özü tanıyır və düzgün bölməyə keçir "ÖZ FORMAM" — SƏNƏDLƏR SİZİN FORMANIZDA Şirkətinizin istifadə etdiyi öz Excel formasını (hesab-faktura, akt, qiymət razılaşması) yükləyin. Proqram formadakı sahələri özü tanıyır: satıcı, alıcı, müqavilənin nömrəsi və tarixi, mal cədvəli, məbləğlər, ƏDV, məbləğ yazı ilə. Qaimənin qeydindəki maşın nömrəsi, markası və növü də sənədə düşür. ✓ Formanı sənədin özünə baxaraq qurursunuz: dəyişən yerə klikləyib nə yazılacağını seçirsiniz. Kod bilmək lazım deyil ✓ Real qaimənizlə yoxlayın: son gələn və göndərilən qaimələrdən seçin və ya qaimənin PDF faylını redaktora atın ✓ Sənədin tarixi qaimənin və ya qeyddəki tarixdən götürülür, istəsəniz 1–2 gün əvvələ çəkilir ✓ Nəticə Excel və PDF formatında, yüzlərlə qaimə üçün bir dəfəyə "Öz formam" ayrıca əlavə moduldur, proqramın içindən 1 gün pulsuz sınaya bilərsiniz. RAHAT İŞ ✓ Proqram e-Taxes səhifəsinin içində, sağ yuxarıdakı INNOTEX düyməsində açılır. Başqa yerə klikləyəndə gizlənir, amma iş dayanmır. Düymə ixracın neçə faizinin hazır olduğunu göstərir ✓ Paneli sol aşağı küncdən dartıb böyüdə bilərsiniz, ölçü yadda qalır ✓ Ağ və tünd rejim: yuxarıdakı ☾ / ☀ düyməsi ilə bir kliklə keçin ✓ Yarımçıq qalan ixrac (səhifə yenilənsə də) qaldığı yerdən davam etdirilə bilər ✓ e-Taxes çox sorğu deyib dayananda proqram bir az gözləyib özü davam edir ✓ Ödənişli lisenziyanın bitməsinə 3 gün qalmış proqram xatırladır Saatlarla vaxt aparan işi dəqiqələrə endirin, əl ilə köçürməyə ehtiyac yoxdur. 3 GÜN PULSUZ SINAYIN Extension-u quraşdırın, e-Taxes sisteminə daxil olun və "Pulsuz sınağı başladın" düyməsinə basın. Proqramı öz qaimələrinizlə yoxlayın. Sınaq bitəndən sonra da pulsuz rejimdə hər gün məhdud sayda PDF, Excel və sənəd hazırlaya bilərsiniz. Bəyənsəniz, lisenziyanı birbaşa proqramın içindən alın: • kartla onlayn ödəyin — açar dərhal proqramda görünür • və ya şirkət adına (VÖEN ilə) köçürmə üçün sifariş verin • suallarınız üçün WhatsApp ilə yazın İSTİFADƏSİ 1. Extension-u quraşdırın 2. new.e-taxes.gov.az saytına şirkətinizlə daxil olun 3. Sağ yuxarıdakı INNOTEX düyməsinə basın və tarix aralığını seçin 4. Qaimələri Excel və ya PDF formatında yükləyin, "ƏDV əvəzləşməsi" bölməsində əvəzləşdirilməmiş qaimələri tapın, ya da "Sənədləri hazırla" ilə akt, faktura və razılaşmaları hazırlayın TEZ-TEZ VERİLƏN SUALLAR • Əvəzləşdirilməmiş ƏDV-ni necə tapım? Gələnlər → "ƏDV əvəzləşməsi" bölməsini açın. "Əvəzləşdirilməmiş qaimələr" susmaya görə seçilidir: tarix aralığını seçib Excel-ə çıxarın. • E-qaimələri Excel-ə necə çevirmək olar? Tarix aralığını seçib "Excel" düyməsinə basın. Bütün qaimələr bir cədvəldə hazırlanaraq yüklənəcək. • Qaimələri toplu PDF kimi yükləmək mümkündür? Bəli. Gələn və göndərilən qaimələri bir dəfəyə toplu şəkildə yükləmək mümkündür. • Bir neçə şirkətin mühasibatlığını aparıram Bəli. Hər şirkət üçün ayrıca profil yaradırsınız. Sənəd hazırlananda qaimədəki VÖEN-ə görə düzgün profil özü seçilir. • Şirkətimizin öz akt/faktura forması var, onu istifadə edə bilərəm? Bəli, "Öz formam" modulu ilə. Excel formanızı yükləyirsiniz, proqram sahələri tanıyır və sənədləri sizin formanızda hazırlayır. • Excel-dən qaimə yarada bilərəm? Bəli, qaralama kimi. Şablonu doldurub yükləyirsiniz, proqram e-Taxes-də qaralamaları yaradır. İmzalamaq və göndərmək sizin əlinizdədir. • Sınaq bitəndən sonra proqram işləmir? İşləyir. Pulsuz rejimdə hər gün məhdud sayda PDF, Excel və sənəd hazırlaya bilərsiniz. Limitsiz iş üçün lisenziya alın. • Şifrəmi proqrama daxil etməliyəm? Xeyr. Proqram yalnız brauzerdə açıq olan e-Taxes sessiyanızla işləyir və şifrənizi tələb etmir. • Sual və ya problem yaranarsa? Proqramın içindəki "Rəy bildir" ilə yazın (istəsəniz ekran şəkli ilə) — cavabı proqramda görəcəksiniz. WhatsApp ilə də yaza bilərsiniz. MƏXFİLİK Proqram yalnız sizin açıq e-Taxes sessiyanızla işləyir. Qaimələriniz, hazırlanan sənədlər və yüklədiyiniz Excel formaları kompüterinizdə emal olunur və üçüncü tərəfə göndərilmir. QİYMƏTLƏR • Aylıq: 15 ₼ • İllik: 59 ₼ — ən sərfəli • Müddətsiz: 199 ₼ • 1 lisenziya 1 kompüterdə istifadə oluna bilər Əlaqə: +994 51 737 00 71 (WhatsApp) innotex.az info@innotex.az
5 out of 52 ratings
Details
- Version1.4.53
- UpdatedNovember 23, 2026
- FeaturesOffers in-app purchases
- Size4.44MiB
- Languagesazərbaycan
- DeveloperWebsite
Email
mohsumzadah@gmail.com - Non-traderThis developer has not identified itself as a trader. For consumers in the European Union, please note that consumer rights do not apply to contracts between you and this developer.
Privacy
INNOTEX e-Qaimə has disclosed the following information regarding the collection and usage of your data. More detailed information can be found in the developer's privacy policy.
INNOTEX e-Qaimə handles the following:
This developer declares that your data is
- Not being sold to third parties, outside of the approved use cases
- Not being used or transferred for purposes that are unrelated to the item's core functionality
- Not being used or transferred to determine creditworthiness or for lending purposes
Support
For help with questions, suggestions, or problems, visit the developer's support site